Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək - YENİLƏNİB

22:42 09.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.

Hafta.az xəbər verir ki, bu haqda mərhumun oğlu Elçin Ağamalı məlumat verib.

O bildirib ki, hazırda mərhumun harada dəfn ediləcəyi müəyyənləşməyib.

***

Ana Vətən Partiyasının keçmiş sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı vəfat edib.

Hafta.az xəbər verir ki, o, bu dəqiqələrdə Türkiyədə dünyasını dəyişib. 

Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı faktı təsdiqləyib./manset.az/